GENETİK ANALİZLƏRİNİN GONDƏRMƏ QAYDALARI
1- AMNİON maye GÖNDərmə qaydaları:
· Analiz məqsədilə göndərilən amnion mayenin miqdarı təxminən 20 mL olmalıdır. Maternal kontaminasiyanın qarşısının alınması məqsədilə amnion mayenin ilk 1-2 mL-nin atılması tövsiyyə olunur.
· Amniosentez əməliyyatından sonra iynə qapağı ilə birlikdə yerinə taxılmalıdır. İnyeksiya porşenində olan qara qoruma materialı fibroblast kültür bitməsinə neqativ təsir göstərdiyindən bu tip porşenli şprislərin istifadə edilməməsi tövsiyyə olunur.
· İynələr pudrasız əlcək içərisində otaq temperaturunda dərhal laboratoriyaya çatdırılmalıdır.
· Materialın ətraf mühitdən izolyasiyasını təmin etmək üçün laboratoriyamızdan yaşıl göndərmə qutusu əldə edə bilərsiniz.
QEYD: Material göndərilmədən öncə laboratoriya ilə əlaqə saxlanılmalıdır.
Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.
Təxmini rapor tarixi: 4-5 həftə
Erkən Molekulyar trisomiya testi ilə 24-72 saat içərisində ilkin nəticə verilə bilər.
2- XORİON VİLLUS NÜMUNƏSİ ŞƏRTLƏRİ :
· Material alınmadan 1-2 gün öncə laboratoriyadan transport mühit istənilməlidir.
· Bir inyeksiya daxilinə 3-4 mL transport mühiti əlavə olunduqdan sonra xorion villus material alınır.
· İynə qapağı ilə birlikdə yerinə taxılır.
· Steril cərrahi əlcək istifadə olunaraq nümunə dərhal otaq temperaturunda laboratoriyaya çatdırılmalıdır.
Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.
Təxmini rapor tarixi: 5-6 həftə
Erkən Molekulyar trisomiya testi ilə 24-72 saat içərisində ilkin nəticə verilə bilər.
3- FETAL QAN GÖNDərmə qaydaları:
· Molekulyar testlər üçün bənövşəyi qapaqlı “EDTA”lı, tüb içərisinə ən az 1 mL qan alınmalıdır. Xromosom analizi və FİSH testləri üçün yaşıl qapaqlı “Heparin”li, tübün içərisinə ən az 1 mL qan alınmalıdır. (hər bir test üçün nümunə miqdarları fərqlidir. Nümunə miqdarları ilə əlaqədar laboratoriya ilə əlaqə saxlayın). Hər iki nümunə üçün: tüblər ehtiyatla ən az 5 dəfə alt-üst çevrilərək qarışdırılmalıdır.
· Heparinli tüb olmadığı təqdirdə 5 mL-lik steril şpris içərisinə 0.2 mL heparin çəkilib 2-3 dəfə aşağı-yuxarı hərəkət etdirilərək yuyulmalıdır. Xəstə qanı heparinli şprisə alınır.
· Nümunə şpris vasitəsilə alınıbsa iynə qapağı ilə birlikdə yerinə taxılır, tüblər və ya şpris steril cərrahi əlcək içərisinə qoyularaq otaq temperaturunda dərhal laboratoriyaya çatdırılmalıdır.
Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.
Təxmini rapor tarixi: 3-4 həftə
Erkən Molekulyar trisomiya testi ilə 24-72 saat içərisində ilkin nəticə verilə bilər.
4- PERİFERİK QAN GÖNDƏRMƏ QAYDALARI:
· Molekulyar testlər üçün bənövşəyi qapaqlı “EDTA”lı, tüb içərisinə ən az 1 mL qan alınmalıdır. Xromosom analizi və FİSH testləri üçün yaşıl qapaqlı “Heparin”li, tübün içərisinə ən az 1 mL qan alınmalıdır. (hər bir test üçün nümunə miqdarları fərqlidir. Nümunə miqdarları ilə əlaqədar laboratoriya ilə əlaqə saxlayın). Hər iki nümunə üçün: tüblər ehtiyatla ən az 5 dəfə alt-üst çevrilərək qarışdırılmalıdır.
· Heparinli tüb olmadığı təqdirdə 5 mL-lik steril şpris içərisinə 0.2 mL heparin çəkilib 2-3 dəfə aşağı-yuxarı hərəkət etdirilərək yuyulmalıdır. Xəstə qanı heparinli şprisə alınır.
· Nümunə şpris vasitəsilə alınıbsa iynə qapağı ilə birlikdə yerinə taxılır, tüblər və ya şpris steril cərrahi əlcək içərisinə qoyularaq otaq temperaturunda dərhal laboratoriyaya çatdırılmalıdır.
Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.
Təxmini rapor tarixi: 4-5 həftə
5- ABORT/KÜRETAJ MATERİALI-DƏRİ BİYOPSİYASI-SOLİD TOXUMA GÖNDƏRMƏ QAYDALARI:
· Müvafiq nümunə alınmadan öncə laboratoriya ilə əlaqə saxlanılmalıdır
· Numunə tüb içərisində transport mühitə qoyulur.
· Tübün ağzı möhkəm şəkildə bağlanır. Mümkünsə parafilm ilə bağlanır.
· Dərhal otaq temperaturunda laboratoriyaya çatdırılır.
· Abort materialı fetustan göndəriləcəksə ayaq içi, baldır, qol içi bölgədən dəri biopsiyası alınıb transport medium içərisində göndərilməlidir.
Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.
Materialın FORMALİN və ya digər uyğun olmayan məhlullara yerləşdirilməsi yolverilməzdir. Bu halda nümunələr laboratoriya tərəfindən qəbul olunmur və analizin aparılmasını uyğunsuz edir
Təxmini rapor tarixi: 5-6 həftə
Təxmini rapor tarixi: 5-6 həftə
6. Panorama vəya Nifty testi
9.cu həftədən etibarən Ana qanı götürülərək uşagın trizomi 13 , trizomi 18 və trizomi 21, X və Y aneploidisi olub olmadığını müəyyən edən testdir. Ayrıca bəzi delesiyaları (Jacobsen, Cru de chat, Angelman, prader willi, Digeorge sendromu) təyin ediləbilməkdədir.
Təxmini rapor: 12 gun