GENETİK ANALİZLƏRİNİN GONDƏRMƏ QAYDALARI

1- AMNİON maye GÖNDərmə qaydaları:

·         Analiz məqsədilə göndərilən  amnion mayenin miqdarı təxminən 20 mL  olmalıdır. Maternal kontaminasiyanın qarşısının alınması məqsədilə amnion mayenin ilk  1-2 mL-nin atılması tövsiyyə olunur.

 

·         Amniosentez əməliyyatından sonra iynə qapağı ilə birlikdə yerinə taxılmalıdır. İnyeksiya porşenində olan qara qoruma materialı  fibroblast kültür bitməsinə  neqativ təsir göstərdiyindən  bu tip porşenli  şprislərin istifadə edilməməsi tövsiyyə olunur.

 

·        İynələr pudrasız əlcək içərisində otaq temperaturunda dərhal laboratoriyaya çatdırılmalıdır.

 

·         Materialın ətraf mühitdən izolyasiyasını təmin etmək üçün laboratoriyamızdan yaşıl göndərmə qutusu əldə edə bilərsiniz.

QEYD: Material göndərilmədən öncə laboratoriya ilə əlaqə saxlanılmalıdır.

 

Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.

Təxmini  rapor tarixi: 4-5 həftə

Erkən Molekulyar trisomiya testi ilə 24-72 saat içərisində ilkin nəticə verilə bilər.

2- XORİON VİLLUS NÜMUNƏSİ ŞƏRTLƏRİ :

 

·         Material alınmadan 1-2 gün öncə laboratoriyadan transport mühit istənilməlidir.

·         Bir inyeksiya daxilinə 3-4 mL transport mühiti əlavə olunduqdan sonra  xorion villus material alınır.

·         İynə qapağı ilə birlikdə yerinə taxılır.

·         Steril cərrahi  əlcək istifadə olunaraq nümunə dərhal  otaq temperaturunda laboratoriyaya çatdırılmalıdır.

 

Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.

Təxmini  rapor tarixi: 5-6 həftə

Erkən Molekulyar trisomiya testi ilə 24-72 saat içərisində ilkin nəticə verilə bilər.

3- FETAL QAN GÖNDərmə qaydaları:

·         Molekulyar testlər üçün bənövşəyi qapaqlı “EDTA”lı, tüb içərisinə ən az 1 mL qan alınmalıdır. Xromosom analizi və FİSH testləri üçün  yaşıl qapaqlı “Heparin”li, tübün içərisinə ən az 1 mL qan alınmalıdır. (hər bir test üçün nümunə miqdarları fərqlidir. Nümunə miqdarları ilə əlaqədar laboratoriya ilə əlaqə saxlayın). Hər iki nümunə üçün: tüblər ehtiyatla  ən az 5 dəfə alt-üst çevrilərək qarışdırılmalıdır.

·         Heparinli tüb olmadığı təqdirdə 5 mL-lik steril şpris içərisinə 0.2 mL heparin çəkilib  2-3 dəfə  aşağı-yuxarı hərəkət etdirilərək  yuyulmalıdır. Xəstə qanı heparinli şprisə alınır.

·         Nümunə şpris vasitəsilə alınıbsa  iynə qapağı ilə birlikdə yerinə taxılır, tüblər və ya  şpris steril cərrahi əlcək içərisinə qoyularaq otaq temperaturunda dərhal laboratoriyaya çatdırılmalıdır.

 

 Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.

Təxmini  rapor tarixi: 3-4 həftə

Erkən Molekulyar trisomiya testi ilə 24-72 saat içərisində ilkin nəticə verilə bilər.

 

4- PERİFERİK QAN GÖNDƏRMƏ QAYDALARI:

·         Molekulyar testlər üçün bənövşəyi qapaqlı “EDTA”lı, tüb içərisinə ən az 1 mL qan alınmalıdır. Xromosom analizi və FİSH testləri üçün  yaşıl qapaqlı “Heparin”li, tübün içərisinə ən az 1 mL qan alınmalıdır. (hər bir test üçün nümunə miqdarları fərqlidir. Nümunə miqdarları ilə əlaqədar laboratoriya ilə əlaqə saxlayın). Hər iki nümunə üçün: tüblər ehtiyatla  ən az 5 dəfə alt-üst çevrilərək qarışdırılmalıdır.

·         Heparinli tüb olmadığı təqdirdə 5 mL-lik steril şpris içərisinə 0.2 mL heparin çəkilib  2-3 dəfə  aşağı-yuxarı hərəkət etdirilərək  yuyulmalıdır. Xəstə qanı heparinli şprisə alınır.

·         Nümunə şpris vasitəsilə alınıbsa  iynə qapağı ilə birlikdə yerinə taxılır, tüblər və ya  şpris steril cərrahi əlcək içərisinə qoyularaq otaq temperaturunda dərhal laboratoriyaya çatdırılmalıdır.

 

Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.

Təxmini  rapor tarixi: 4-5 həftə

5- ABORT/KÜRETAJ MATERİALI-DƏRİ BİYOPSİYASI-SOLİD TOXUMA  GÖNDƏRMƏ QAYDALARI:

 

·         Müvafiq nümunə alınmadan öncə laboratoriya ilə əlaqə saxlanılmalıdır

·         Numunə tüb içərisində transport mühitə qoyulur.

·         Tübün ağzı möhkəm şəkildə bağlanır. Mümkünsə parafilm ilə bağlanır.

·         Dərhal otaq temperaturunda laboratoriyaya çatdırılır.

·         Abort materialı fetustan göndəriləcəksə ayaq içi, baldır, qol içi bölgədən dəri biopsiyası alınıb transport medium içərisində göndərilməlidir.

Göndərilmə zamanı buz və ya digər soyuducu vasitələrdən istifadə olunmamalıdır.

Materialın FORMALİN və ya digər uyğun olmayan məhlullara yerləşdirilməsi yolverilməzdir. Bu halda nümunələr laboratoriya tərəfindən qəbul olunmur və analizin aparılmasını  uyğunsuz edir

Təxmini  rapor tarixi: 5-6 həftə

Təxmini  rapor tarixi: 5-6 həftə

6. Panorama vəya Nifty testi

9.cu həftədən etibarən Ana qanı götürülərək uşagın trizomi 13 , trizomi 18 və trizomi 21, X və Y aneploidisi olub olmadığını müəyyən edən testdir. Ayrıca bəzi delesiyaları (Jacobsen, Cru de chat, Angelman, prader willi, Digeorge sendromu) təyin ediləbilməkdədir.

 

Təxmini rapor: 12 gun