CA 19-9 (Gastrointestinal canser antigen)

CA 19-9 (Gastrointestinal canser antigen) 36 kD molekulyar çəkili qlikolipidantigendir, həmçinin Lewis qan qrupunu determinəedici hapten kimi də baxıla bilər. Pankreatik karsinoma, hepatobiliar və mədə karsinomalarının (burada əlavə bir markerlə birgə, məsələn CA 72-4 və CEA) erkən diaqnostikasında, həmçinin müalicəyə nəzarətdə əhəmiyyətlidir.

Material: Serum
Vahid: U/ml
Norma: >37

Miqdarı artır: Qastrointestinal hissənin şişlərində: Pankreas şişi, pankreatit, qaraciyər şişi, öd axacağı, mədə və kolorektal sistem, nisbətən nadir yumurtalıq karsinoması (mucous type), uşaqlıq karsinoması.
 
Qeyd: Mutsin qaraciyərdən ekskresiya olduğuna görə, hətta yüngül xolestaz CA 19-9-un yüksəlməsinə səbəb ola bilər. 
Praktiki sağlam insanlarda və Lewis A/B neqativ qan qrupuna malik olanlarda (3-10% əhali) CA 19-9 aşkar olunmaya bilər. Buna səbəb CA 19-9 epitoplarının (anticismin təmas etdiyi antigen səthi) əmələ gəlməsini təmin edən enzimin çatışmazlığıdır. Lewis qan qrupu antigeni mövcud olanlarda CA19-9-un yüksək olması fizilojidir.