Laborator analizlərin verilmə qaydaları

1)Qan səhər ac qarına, axırıncı qida qəbulundan 8-16 saat vaxt keçdikdən sonra verilməlidir.

Aşağıda göstərilən analizlər tam ac qarına (qida qəbulundan 12 saat keçdikdən sonra) verilməlidir:

- Paratireoid hormon - saat 11-ə kimi
- C-peptid, insulin
- kalsitonin
- immunoqramma
- Koaquloqramma
- Biokimyəvi tədqiqatlar (qlükoza, lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər).

2) Su qəbulu analizlərə təsir etmir.

3) Qan analizindən 1 (bir) gün əvvəl alkoqol qəbulundan, yüksək fiziki gərginlikdən, güclü psixiemosional stresslerdən, qida qəbulunda və gündəlik rejimdə ciddi dəyişikliklərdən çəkinmək lazımdır.

4) Analizdən 2 saat əvvəl siqaret çəkmək olmaz.

5) Rentgenoqrafiya, rektal müayinə və fizioterapevtik prosedurlardan sonra qan analizi vermək olmaz.

6) Qan dərman preparatları (məsələn, antibakterial və kimyəviterapevtik) qəbulundan əvvəl və ya 10-14 keçdikdən sonra verilməlidir. Analiz istisna hallar kimi dərman preparatlarının (məsələn, valproik turşusu, antikonvulsantlar) qanda konsentrasiyasını öyrənmək lazım olduqda verilə bilər. Əgər siz dərman preparatları qəbul edirsinizsə, bunu mütləq müalicə həkiminə bildirməlisiniz.

7) Reproduktiv funksiyanın tədqiqi zamanı: hormonlar (FSH, LH, prolaktin, estradiol, testosteron, DHEA-S, progesteron) menstrual tsiklin günündən asılı olaraq ac qarına verilməlidir